Kriminal

Kiyevdə axtarışda olan azərbaycanlı 20 güllə yarasından həlak olub - YENİLƏNİB - FOTO

20 İyul 2017 18:03
1 Şərh     Baxış: 3 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:03

Kiyevin mərkəzində "Çerniqovskaya" metro stansiyasının yaxınlığında iki nəfər 53 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Asif Bahadur oğluna atəş açıb.

Milli.Az report.az-a istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi xəbərə əsasən, ilkin məlumata görə, atəş "Kalaşnilov" avtomatı və tapançadan açılıb.

Qatillər avtomatı hadisə yerində qoyaraq qaçıblar. Meyitin üzərində 20 güllə yarası aşkar edilib.
Qeyd edək ki, A.Məmmədov üç ildir Rusiyanın Kemerovsk vilayətində münaqışə nəticəsində həmyerlisini öldürməkdə şübhəli bilinərək axtarışa verilib.  

-----------

15:35

Dünən Kiyevdə qətlə yetirilən Rusiya vətəndaşının kimliyinə aydınlıq gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu şəxs milliyətcə azərbaycanlı, Rusiyanın Altay diyarında qeydiyyatda olan Asif Məmmədovdur.

O, qətl hadisəsinə görə Rusiya Federasiyası tərəfindən axtarışa verilibmiş. Onun qisas zəminində qətlə yetirildiyi ehtimal edilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.