Kriminal

Avtomobildən 4000 manat oğurladı - "isti izlər"lə ələ keçdi

17 İyul 2017 20:44
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 14-də Sumqayıt şəhər sakini Y.İ həmin gün saat 11 radələrində paytaxtın Q.Qarayev prospektindəki ticarət mərkəzlərindən birinin qarşısında park etdiyi avtomobilindən oğurluq edilməsi barədə Nizami RPİ-nin 24-cü Polis Bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, zərərçəkmiş izahatında qapılarını açıq saxladığı avtomobilindən içərisində 4000 manat olan pul qabının oğurlandığını bildirib.

Əməliyyat qrupu hadisə yerinə gələrək araşdırmalar aparıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilən məlumat əsasında oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və "isti izlər"lə keçirilmiş tədbirlərlə o, saxlanılaraq Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Rövşən Əşrəfov olması müəyyən edilib. O, oğurluğu törətdiyini etiraf edərək bazarın qarşısında saxlanılan "Fiat" markalı avtomobilin sahibinin aldığı ərzaqları yük yerinə qoyduğundan başının qarışıq olmasından istifadə edərək ön oturacağın üstündəki pul qabını götürərək oradan uzaqlaşdığını bildirib.

R.Əşrəfovun üzərinə baxış zamanı 2400 manat pul aşkar edilib. O, həmin məbləğin oğurladığı pul qabıdakı 4000 manatdan qaldığını, digər hissəsini isə ehtiyaclarına sərf etdiyini bildirib.

Faktla əlaqədar Nizami RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.