Kriminal

Ukraynada azərbaycanlı iş adamı yoxa çıxdı

17 İyul 2017 15:38
0 Şərh     Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Luqansk vilayətinin Zorinsk şəhərində yaşayan azərbaycanlı iş adamı evdən Kiyevə getmək adı ilə çıxıb və geri qayıtmayıb, onunla bütün əlaqə kəsilib.

Milli.Az xəbər verir ki, Luqanskda yaşayan azərbaycanlıların APA-ya verdiyi məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, 1971-ci il təvəllüdlü Ruslan Mirzəyev artıq bir həftədir ki, itkin düşüb.

Tanınmamış "Luqansk Xalq Respublikası"nın polisi itkin düşən azərbaycanlı iş adamının axtarışına başlayıb. Kiyevə yola düşən iş adamının evdən çıxdığı günün ertəsi gündən onunla əlaqə kəsilib və xəbər yoxdur. R. Mirzəyev uzun müddətdir Ukraynada yaşayır və kənd təsərüfatı biznesi ilə məşğuldur.

Qeyd edək ki, son bir ildə Ukraynada azərbaycanlı iş adamlarının, yaxud onların övladlarının itkin düşməsi və oğurlanması halları mütəmadi hal alıb, 25-dən çox azərbaycanlının yoxa çıxması faktı aşkarlanıb. Bununla bağlı Ukrayna Baş Prokurorluğunda ötən il cinayət işi başlanılsa da nəticə yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.