Kriminal

Rusiyada Azərbaycan vətəndaşı sui-qəsd cəhdində ittiham edilir

17 İyul 2017 15:45
0 Şərh     Baxış: 675

Arxangelsk şəhərinin Lomonosov rayon Məhkəməsi Azərbaycan vətəndaşı olan 33 yaşlı Əkbər A-nı dövlət sərhədini qanunsuz keçməkdə və sui-qəsd cəhdində təqsirli bilib. Bu barədə Rusiya mətbuatı xəbər verir.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 2013-ci ildə miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar Rusiyadan çıxarılıb və 2018-ci ilin dekabr ayına qədər Rusiya ərazisinə girişin qadağan olunması barədə məlumatlandırılıb. Vətənində olarkən, o, soyadı və atasının adını dəyişərək yeni milli pasport alıb, bundan sonra 2016-ci ilin iyununda Moskva vilayətindəki "Şeremetyevo" hava limanı vasitəsilə Rusiya ərazisinə qanunsuz daxil olub.

Bundan əlavə, 2016-cu ilin dekabrında Arxangelskdə mübahisə zamanı təqsirləndirilən şəxs qətl məqsədilə tanışın qarın nahiyəsinə bıçaq zərbələri endirib, nəticədə həmin şəxsin sağlamlığına ağır zərər yetirib.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.