Kriminal

Bakıda bir gecədə iki nəfər bıçaqlanıb

17 İyul 2017 08:30
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nizami rayonunda bir gecədə iki nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisələrin birində 1982-ci il təvəllüdlü Fərəcov Elməddin Elbəyi oğlu tanımadığı şəxslərin bıçaqlı hücumuna məruz qalıb.

Müxtəlif nahiyələrindən xəsarət alan 35 yaşlı kişini 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu deyilir.
 
Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş vermiş digər qanlı hadisə zamanı 1991-ci il təvəllüdlü Səmədzadə Elşən Lətif oğluna bıçaqla xəsarət yetirilib. Onun da tanımadığı şəxslə mübahisə zamanı bıçaqlandığı bildirilir. E.Səmədzadə hazırda xəstəxanada həkim nəzarəti altındadır.
 
Qeyd edək ki, hər iki cinayət faktını Nizami RPİ-nin istintaqçıları araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.