Kriminal

25 yaşlı oğlan döyülərək ağır xəsarət alıb

14 İyul 2017 22:34
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara sakini döyülərək ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hamuşam kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Rövşən Pozan oğlu Cəbiyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına qapalı kəllə-beyin travması ilə daxil olub.
 
Yaralıya ilkin tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Ona baş nahiyəsindən daşla xəsarət yetirildiyi bildirilir. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.