Kriminal

"Volvo"dan 93 kq heroin aşkar edildi - Azərbaycanda

19 İyun 2017 21:45
1 Şərh     Baxış: 1 389

Naxçıvan MR-in gömrük əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı İranla sərhəddə yerləşən Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində qeydə alınıb.

Türkiyə vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi "Volvo" markalı, 07 MCK 92 dövlət nömrə nişanlı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı zamanı qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunub.
Daha sonra gömrükçülər 34 JA 7009 nömrə nişanlı həmin qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93 kq olan narkotik vasitə - heroin aşkar ediblər.

Narkotik yüklü nəqliyyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedəcəyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    $.$.$. · 19 İyun 22:4000

    Allah razı olsun sərhədcilərimizdən necə necə gəncin məhv olmasının qarşısını aldilar Halal olsun Bətənimizin halal oqlanlarına

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.