Kriminal

27 yaş kiçik arvadını öldürən kişi ilə bağlı maraqlı faktlar - YENİLƏNİB

19 İyun 2017 13:52
17 Şərh     Baxış: 3 255

13:52

Bu gün səhər saatlarında Lənkəranda 80 yaşlı kişinin özündən 27 yaş kiçik həyat yoldaşını öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. 

Milli.Az  bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi 13 ünvanında sözügedən cinayəti törətmiş 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlixan oğlunun öldürdüyü qadının onun 3-cü həyat yoldaşı olduğu məlum olub.

Belə ki, uzun illər əvvəl evlənən X.Əzimovun ilk nikahdan 6 övladı olub və onun ilk həyat yoldaşı vəfat edib. Daha sonra Neftçaladan olan qadınla evlənən Lənkəran sakininin bu izdivacı qısa sürüb və qadın 2 ay sonra Xanoğlan Əzimovu ataraq ata evinə qayıdıb.

Lerik rayon Mastail kənd sakini olan 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ilə isə o, 10 il əvvəl ailə qurub. Lakin aralarında 27 yaş fərq olan cütlüyün övladı olmayıb. Son illərdə isə Xanoğlan Əzimovda sinir xəstəlikləri özünü göstərirmiş. Hadisənin də 80 yaşlı kişinin əsəblərinin pozulması nəticəsində baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, X.Əzimov polis tərəfindən saxlanılıb, onun barəsində cinayət işi açılıb.

----------

08:31

Lənkəranda  80 yaşlı kişi həyat yoldaşını balta ilə qətlə yetirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.

Şəhər sakini, 1937-ci il təvəllüdlü  Əzizov Xanoğlan ailə münaqişəsi zəmnində həyat yoldaşı, 1964-cü il təvəllüdlü İsmayılova Almağülü qətlə yetirib. Dəhşətli qətli törədən şəxs saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

17 Şərh:

  • Anonim
    genclik · 19 İyun 08:4120

    bu yasli insanlara ne deyek 55 yasli erini atib gedib oturub turkiyede 83 yasli metroda intihar edir 72 yasli ozunu asir son gunlerde lenkaran bolgesinde kriminal alemi bas alib gedir bunlarin qarsisinda genclere ne deyek nece ornek olsun bilmirem

    Cavab yaz
  • Anonim
    777 · 19 İyun 09:4320

    Arvad özûnden 27 yas kiçik olubmus...

    Cavab yaz
    • Anonim
      asia · 19 İyun 14:5110

      4 ya 8 defe evlenir.Ozu biler .qadininda agli olsaydi ozunden 27 yaw boyuke getmezdi.16 yawi olmayibki deyek mecbur veribler.Her seyi allah bilir, biz yox

      Cavab yaz
  • Anonim
    qan · 19 İyun 09:5330

    özündən 27 yaşla ailə qurub 80 yaşında zibilə düşüb

    Cavab yaz
  • Anonim
    $.$.$. · 19 İyun 10:1310

    Allahım görəsən 80 yaşlı ahıl kişini nə vadar edib ki öz həyat yoldaşını qətlə yetirib?Allah qorusun .

    Cavab yaz
  • Anonim
    Resid-32 · 19 İyun 10:2230

    20-30 yas Cavan olsaydilar her kesin aqlina ilk gelen nsmus meselesi olacaqdi , Aci heqiqet!

    Cavab yaz
  • Anonim
    . · 19 İyun 10:3260

    Utanmıre qoca kaftar yaşında deyemki cavan qadındı qısqandun yazığ qocadı onun ne günahı var ferli adam olsaydun 4 defe evlenmezdinki

    Cavab yaz
  • Anonim
    Anar · 19 İyun 12:0011

    Ay millət, şayələrə inanmayın, o kişi kordur, əlləri də əsir, düz əməlli yeriyə bilmir, necə arvadı öldürə bilər axı? İnşallah hər şeyin üstü açılar. Həqiqət üzə çıxana qədər heç kəsi günahlandırmaq olmaz.

    Cavab yaz
    • Anonim
      anara · 19 İyun 12:2800

      sizinle raziyam bu iwin arxasinda bawqa wey durur

      Cavab yaz
  • Anonim
    Ayxan · 19 İyun 14:2714

    Kiwi adamdi eceb edib oleurub

    Cavab yaz
  • Anonim
    Ayxan · 19 İyun 14:3111

    Kiwi adamdi eceb edib

    Cavab yaz
  • Anonim
    derya · 19 İyun 14:4011

    Bu qadınlar kimle geldi niye aile qurur axı

    Cavab yaz
  • Anonim
    Ayxan · 19 İyun 14:4321

    yaxwi eliyib ellerine sagliq

    Cavab yaz
  • Anonim
    Ayxan · 19 İyun 14:5610

    Kiwi adamdi

    Cavab yaz
    • Anonim
      Anara · 19 İyun 16:1800

      Qoca vaxdi hamida qisqancliq olur cunki qocalar usaq kimidi amma arvadida oldurmek o demek deyilki qisqanib esebleri yerinde deyildi hekime muraciyet ederdi

      Cavab yaz
  • Anonim
    . · 19 İyun 18:0900

    Duz emelli adam 3kere evlenmez.evlendise demeli duz emelli deyil

    Cavab yaz
  • Anonim
    gulnara · 1 İyul 22:2400

    herden fikir verirsen ki,qiza elci gelende ucmaqa qanadlari оlmur,duzdur оvlad тоуu arzusu, kami basqadir,amma aile qaranliq mesedir,bilmek оlmur nece оlacaq,тeki Allah haminin balasina xeуirli qismeт versin,bu qadini оzunden 27 уas bоуuk kisiуe kim ere verib,evinde qalib kimin уerini dar edib,уa qоcalanda kiminse nоkeri оlmasin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.