19.06.2017
08:40
Tovuzda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.
Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Düzqırıxlı kəndində qeydə alınıb.
İçki məclisində bir araya gələn dostlar arasında sərxoş olduqdan sonra hazırda bilinməyən səbəbdən mübahisə düşüb və sonradan davaya çevrilib. Bu zaman 1972-ci il təvəllüdlü kənd sakini Mamedov Ceyhun İdris oğlu başından butulka zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Dava zamanı daha iki nəfər də müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
-----------------
18.06.2017
23:57
Tovuz sakini xəsarətlə xətəxanaya yerləşdirilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Düzqırıxlı kənd sakini, 1972-ci il təvəllüdlü Mamedov Ceyhun İdris oğlu başın çapılmış yarası xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Məlumata görə, dava zamanı C. Mamedovun başına şüşə butulka ilə zərbə endiriblər.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Milli.Az