Kriminal

"Kofeni üstümə töküb, bakalı başıma vurdu" - 2 dost kafedə döyüldü - VİDEO – FOTO

17 İyun 2017 11:58
2 Şərh     Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöldə kafedə kütləvi dava qeydə alınıb. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, nəticədə Şəmkir rayon sakinləri - 34 yaşlı Yusif Rəhimov və həmyaşıdı Zülfüqar Əliyev ağır bədən xəsarətləri alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi xəstəxanasınının tavmatologiya şöbəsinə yerləşdiriliblər. 

Onlara tibbi yardım göstərilib və stasianar müalicə üçün palataya yerləşdiriliblər. Zərərçəkənlərin dediyinə görə, Gəncədən Şəmkirə gedərkən yolda Göygöl rayonu ərazisində olan kafelərdən birində kofe içmək istiyiblər.

Lakin kafeni işlədən şəxslə mübahisə yaranıb, bu zaman həmin şəxs və dostları Yusiflə Zülfüqarı döyüblər. 

Zülfüqar Əliyev (zərərçəkən): "Kofe içmək istədik, söhbətimiz oldu. Dedi ki, kafeni artıq bağlayırıq. Yanındakı dostu da söhbətə qarışdı. Dedim, Allah canınızı sağ eləsin. Oturanda kofeni üstümə tökdü, yanındakı bakalı başıma vurdu. Kafe sahibi və dostları bizi döydülər".

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.