Kriminal

Aldığı avtomobil oğurluq çıxdı - 1 il sonra bilindi - VİDEO

16 İyun 2017 22:58
0 Şərh     Baxış: 1 711

Kreditlə aldığı avtomobil oğurluq çıxıb.

Milli.Az bildirir ki, hadisə paytaxt sakini Mövsüm Həsənovun başına gəlib. Zərərəçəkmişin sözlərinə görə, ötən il bazardakı mağazalardan birindən minik avtomobili alıb.

Bu ilin mart ayında Gürcüstana gedərkən həmin ölkənin sərhəd xidmətinin əməkdaşları Mövsüm Həsənovu saxlayıblar və ona deyiblər ki, avtomobil 2013-cü ildə Belçikadan oğurlanıb və interpol vasitəsi ilə axtarışa verilib.

Amma sonradan bank zərərçəkmişə dəymiş ziyanı ödəməyib. Təxminən 12 min 500 manat ziyana düşən Mövsüm Həsənov məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, həmin avtomobil 2013-cü ildə Azərbaycana gətirilib və 2 sentyabr tarixində qeydiyyata salınıb. Təxminən 17 gündən sonra isə həmin avtomobil interpol vasitəsi ilə axtarışa verildiyi üçün maşının Bakıdakı ilk sahibi polisə dəvət edilərək araşdırmalara başlanıb.
Kamran Əliyev bildirdi ki, bəzi Avropa ölkələrində belə hallara rast gəlinir. Sahibi öz istəyi ilə maşını başqa dövlətə satdıqdan sonra polisə şikayət edir ki, maşınım oğurlanıb. Burda məqsəd sığorta şirkətindən dəymiş ziyanı almaqdır. Şöbə rəisi güman edir ki, bu da eynilə belə bir fakt olub. Bəs avtomobilin aqibəti necə olacaq, və bu avtomobil Mösüm Həsənova qaytarılacaq?

Əgər interpol avtomobili axtarışdan çıxararsa, Gürcüstan tərəfi maşını Mövsüm Həsənova qaytaracaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Aldığı avtomobil oğurluq çıxdı - 1 il sonra bilindi

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.