Kriminal

"Balama görə məcbur olmuşam" - Evdən qızıl oğurlayan dilənçi - VİDEO - FOTO

16 İyun 2017 15:48
10 Şərh     Baxış: 2 338

Xırdalanda oğurluq faktı qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan Həsrət Aslanov 3 gün bundan öncə ərizə ilə rayon polis idarəsinə müraciət edərək, naməlum şəxsin ona məxsus evə açıq qapıdan daxil olmaqla oradan 200 manat dəyərində qızıl sırğa, 300 manatlıq qızıl kişi üzüyü və 50 manat dəyərində qızıl suyuna çəkilmiş qadın üzüyünü oğurladığını bildirib.

Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini 28 yaşlı Aynurə Mahmudova saxlanılıb.

Ondan oğurladığı əşyalar maddi sübut olaraq götürülüb. Aynurə ifadəsində oğurluğu dilənçilik fəaliyyəti ilə məşğul olan zaman törətdiyini deyib. 

Aynurə Məmmədova (saxlanılan şəxs): "Getmişəm, qapı açıq olub. Balama görə məcbur olmuşam. Dilənmişəm. Evdə heç kim olmayıb, girib götürmüşəm. Divanı qaldırıb döşəkçənin altından götürmüşəm. Qapı tullayıb, qızılı götürdüm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Balama görə məcbur olmuşam" - Evdən qızıl oğurlayan dilənçi

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Ema · 16 İyun 16:3142

    Kül sənətivin baslna əlin var ayaqln var ged işlədə nə görmüsüz bu dilənməydə

    Cavab yaz
    • Anonim
      Mamed · 16 İyun 16:5372

      duzdu dilenciye haqq qazandirmiram amma men Ali Tehsili ola ola is tapamiram bu olkede sabah ogurluq etsem hami pis pis qinayacaq

      Cavab yaz
      • Anonim
        Ma!ya · 16 İyun 17:5940

        Yaxsl oğrluq sənətdi pesedi ac qalaram ogurluq etmərəm camaat ln oğurluq mallynan artlm qabaqa gedmək olar.bu daha qaracl bir adlm irəli gedə bildimi süpürgə çi isləyərəm lazlm gəlsə xəndək təmizləyərəm pull qazanaram

        Cavab yaz
        • Anonim
          Raul Gün · 16 İyun 19:1420

          Yeke-yeke danışmayağ xaiş edirem.Süpürgeçiliye de arxanda adamın olmasa qebul olunmadığını gözel biliriy.He bir de...Bir qadın her işe qebul oluna biler,özünü sonuncu yola qoyarsa!

          Cavab yaz
  • Anonim
    Roya · 16 İyun 17:1332

    Duz deyirsiz Mamed bey.ogurluq ve yaxud dilencilik duzgun is deyil ancaq insanlar issizlikden,pulsuzluqdan ozunu bele oldurur.etdiyi emele gore haqq qazandirmiram. ancaq,tutulub hebs olunmasa yaxsi olar.

    Cavab yaz
  • Anonim
    Vvv · 16 İyun 17:1552

    Men de ali tehsilliyem. Isleyirem. Ele dilençi seviyyesindeyem. Lazim olani ala, vaxtinda mûaliceye gede bilmirem. Dilençini qinamayin.

    Cavab yaz
    • Anonim
      Wirin · 16 İyun 18:5710

      Indiki maawla nece dolanasan catdirmaq olmur az verilir mecbur iwliyirsen Ama oda yetmir qrafik boyuk maaw az bele duzgun deyil.

      Cavab yaz
  • Anonim
    -==] · 16 İyun 21:0920

    Xeyr, kim ki,ruzi dalinca gedirse,Allah ona mutleq yol acir.Ele bir-iki defe alinmadisa,demek iw yoxdu deyib dilencilik etmek ve yaxud bawqasinin halal qazancini oqurlamaq murdarliqdi.Hami istese bir parca coreyini qazana biler halal yolnan. Balasini da behane edir

    Cavab yaz
  • Anonim
    R.H · 16 İyun 22:0720

    Ay sağ olun ölənlərvizə rəhmət 21:09 mən sizlə tam razı.....

    Cavab yaz
  • Anonim
    Qaraçıya · 18 İyun 02:4320

    Əlinlə qoymuşdun o qızılları? Necə də asan tapıbe. Mən qoyduğum əşyanı 3 gün axtarıram.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.