Kriminal

Bakıda "zeklər"in müdhiş oğurluq planı

21 Aprel 2017 23:07
2 Şərh     Baxış: 1 935

Bakının Nəsimi rayonu ərazisində avtomobil oğurlanıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Hacıqabul rayon sakini Asif Həsənova məxsus "VAZ-2107" markalı avtomobilin qaçırılması barədə Nəsimi rayon Polis İdarəsinə məlumat daxil olub. Məlumat dərhal Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti vasitəsilə yoxlanılıb. Yoxlama zamanı avtomobilin paytaxtdan çıxarıldığı aydın olub.

Polis əməkdaşlarının keçiridiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Tamaz Bayramov və Ağdam rayon sakini Cəlil Mikayılov tutulublar.

Avtomobil Ağdam rayonu ərazisində tapılıb. Məlum olub ki, şübhəli şəxslərin hər ikisi əvvəllər həbsxana həyatı yaşayıblar. Dəfələrlə oğurluq etdikləri üçün əvvəllər məhkum olunan Tamaz Bayramov həbsxanada Cəlil Mikayılovla tanış olub. Həbsxanadan dostluq etməyə başlayan Tamaz Bayramov və Cəlil Mikayılov həbsdən azad ediləndən sonra dostluqlarını davam etdiriblər.

Birlikdə paytaxtda gəzən iki dost oğurluq etmək qərarına gəliblər. Onlar Asif Həsənovun avtomobilini oğurlayandan sonra Ağdam rayonuna gediblər. Elə orada da saxlanılıblar. Həbsxana dostlarının başqa cinayətlərdə iştirak edib-etməmələri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    bakili · 22 Aprel 00:3410

    bakida ogurluqlarin sayi yaman artib

    Cavab yaz
  • Anonim
    N · 22 Aprel 10:0110

    Bu oğrularida iblis bircür bâdbâxtliyâ çâkib.müasir dövlât qanunlari vâ czalar bu işlârdâ aciz effektsizdir.dinlâr buni câzalar gözâl târbiyâ edir.qollarin kâsmâsân düzâlân deyirlâr.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.