Kriminal

Azərbaycana gələn şübhəli Hindistan vətəndaşı saxlanıldı

17 Aprel 2017 12:26
0 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələrin qaçaqmalçılığının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, İdarənin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Hindistan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb.

Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə, eləcə də vətəndaşın əl yüklərinə və üzərinə baxış keçirilib. Baxış zamanı, gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr - 1 ədəd bükümdə, ümumi xalis çəkisi 2,054 qram təşkil edən marixuana və üç ədəd bükümdə, ümumi xalis çəkisi 16,389 qram təşkil edən həşiş aşkar edilib.

Bundan başqa, 27 ədəd həb şəklində "Alprazolam", 1 ədəd bükümdə, xalis çəkisi 0,450 qram təşkil edən metamfetamin və 1 ədəd bükümdə, xalis çəkisi 0,340 qram təşkil edən metilendioksiamfetamin (MDA) adlı psixotrop maddələr, həmçinin 20 ədəd həb şəklində "T-Dol-Tramadol Hydrochloride Tablets" adlı güclü təsiredici maddə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.