Kriminal

Starterin içərisində Azərbaycana narkotik keçirmək istədi

15 Aprel 2017 11:33
2 Şərh     Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə baxış keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin mühərrikinin aşağı hissəsində, zavod konstruksyasında nəzərdə tutulmamış, sonradan mühərrikə əlavə olaraq bərkidilmiş starterin içərisində, gömrük nəzarətindən gizlədilmiş iki ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 1695 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.