Kriminal

Məşhur futbolçunun maşınından oğurluq edənlər SAXLANILDI - VİDEO - FOTO

17 Mart 2017 16:39
4 Şərh     Baxış: 1 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masazır qəsəbəsinin 8 sakini Abşeron Rayon Polis İdarəsinə müraciət edərək onlara məxsus avtomobillərin şüşələri sındırılaraq içərisindən oğurluq edildiyini bildirib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində rayon sakini 22 yaşlı Cəlil Quliyev və onun həmyaşıdı olan xalası oğlu, Bakı sakini Vüsal Hüseynov saxlanılıb.

Şəxslər istintaqa ifadələrində bildiriblər ki, əməllərini əsasən sutkanın qaranlıq vaxtlarında törədiblər.

Cəlil Quliyev - Saxlanılan şəxs: "Bir yerdə zəngləşib görüşdük. 8 maşının şüşəsini qırdıq. Maşınlara əsasən gecə saatlarında yaxınlaşırdıq. Daşlar şüşəni qırıb, əşyaları götürürdük".

Saxlanılan Vüsal Hüseynovun sözlərinə görə, əsas məqsədləri də avtomobillərdən pul oğurlamaq olub. Elə buna görə də, bahalı maşınları hədəf seçiblər.

Vüsal Hüseynov - Saxlanılan şəxs: "Zəngləşib, "Qurtuluş"a düşdük. Maşınların şüşəsini daşla qırdıq. Pul, ya əşya çıxdıqca götürdük. Baxırdıq maşınlara, bahalı maşınlara girirdik".

Xala oğullarının əməlindən ziyan görənlər arasında futbol üzrə Azərbaycan milli komandası və "Neftçi" klubunun üzvü Rəhman Hacıyev də var.

Faktlarla əlaqədar başlanan cinayət işlərinin istintaqı davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur futbolçunun maşınından oğurluq edənlər saxlanılıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.