Kriminal

Bakı metrosunda oğurluq anbaan görüntüləndi - VİDEO - FOTO

13 Mart 2017 14:55
3 Şərh     Baxış: 9 267

Metropolitendə polis şöbəsinin əməkdaşları cibgirliklə məşğul olan 2 nəfəri yaxalayıblar.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş, əslən Gədəbəy rayonundan olan Sumqayıt şəhər sakini, 38 yaşlı Nazim Tağıyev Bakı Metropoliteninin Nizami stansiyasında Ağsu rayon sakini Camo Qəniyevin mobil telefonunu cibgirlik yolu ilə oğurlayarkən platformada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin faktla əlaqədar şübhəli bilinən Sumqayıt şəhər sakini, 35 yaşlı Rüfət Baxşıyev də tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı metrosunda oğurluq anbaan görüntüləndi - Cibgirlər saxlanıldı

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Efqan · 13 Mart 16:4140

    an baaan burda heçne görmedim

    Cavab yaz
    • Anonim
      Queen · 13 Mart 17:4220

      :))) mende

      Cavab yaz
      • Anonim
        ferid · 16 Mart 15:3500

        mende gormedim

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.