Kriminal

Bakıda İraq vətəndaşları 54,5 min dollarlıq dələduzluq ediblər - VİDEO - FOTO

1 Dekabr 2016 13:22
1 Şərh     Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda İraq vətəndaşları öz həmyerlilərinə qarşı dələduzluq ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, cari ilin oktyabr ayında İraq vətəndaşları 30 yaşlı Ahmed Abdulhaq İsmael və 29 yaşlı Ahmed Ali Mutara bir neçə nəfərin etibarından sui-istifadə edərək 13 nəfərə qarşı ümumilikdə 54 500 ABŞ dolları məbləğində dələduzluq ediblər.
Belə ki, onlar 28 yaşlı Ahmed Ali Camaldan 4 500, 22 yaşlı Abdullah Sultan Abdullahdan 3 min, 20 yaşlı Muhammed Ali Thuamadan 4 500, 19 yaşlı Ahmed Maheer Mahmooddan 5 min, Zeyad Ahmed Zeyad Tarek Abeddən 3 500, Hayman İbrahim Salardan 3 500, Mohammed Khalid Qasımdan 5 min, Mohammed Hushan Abdulqaderdən 3 min, 18 yaşlı Thamer Khalid İbrahimdən 3 min, Omar Mahmood Tahardan 5 min, Ahmed Ayaddan 5 min, Mustafa Abeer Mubarekdən 5 min, Yahya Sinan Najatdan 4 500 və ABŞ dolları pul alıb, lakin geri qaytarmayıblar.
Zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda İraq vətəndaşları 54,5 min dollarlıq dələduzluq ediblər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.