Kriminal

Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - cəzası bilindi

27 Fevral 2025 18:58
Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmirdə vəzifəli şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxsə hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 36 yaşlı Asif İsmayılova 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun sürücülük hüququ da 1 il 6 ay müddətə məhdudlaşdırılıb.

Sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi qərara alınıb.

Bildirilib ki, ötən ilin iyul ayında baş vermiş hadisə vaxtı piyada, Kürdəmir Şəhər Avtovağzalının müdiri Rasim İsrafilov rayonun Bakı prospektində yol kənarında dayanıbmış. O, həyat yoldaşını paytaxta yola salmaq üçün maşın gözləyirmiş. Bu zaman A.İsmayılov "Ford Transit" markalı avtomobili arxaya doğru hərəkət etdirib. Nəticədə maşın R. İsrafilova dəyib. Yıxılaraq ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.