Kriminal

Həmin qətli ilə bağlı rəis də cinayət məsuliyyətinə cəlb olundu - FOTO

6 Dekabr 2024 15:52
Baxış: 2 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, istintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi-hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.

Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, C. Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Bu ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi 2 gün sonra səhər saatlarında tapılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.