Bakıda idman müəllimi əxlaqsızlığa görə həbs olundu - Şagirdini soyundurub...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Xəzər rayonu, Binə qəsəbəsində yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş müəllim həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər rayonunda yerləşən orta məktəblərdən birində idman müəllimi işləyən 1967-ci il təvəllüdlü Mikayıl Abbasov (ad və soyad şərtidir) məktəbli oğlanın anasının şikayəti əsasında tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin yeniyetmə M.Abbasovun işlədiyi məktəbdə təhsil alır. Belə ki, fiziki tərbiyə müəllimi dost münasibətində olduğu qadının evinə gedərkən onun oğlunun evdə tək olmasından və qızdırmalı halından istifadə edərək bu hərəkətləri edib.
15 yaşlı oğlanın anası ifadəsində deyib: "Mikayıl oğlumun təhsil aldığı məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Onun yaşadığı ünvan bizim evin yaxınlığında yerləşir. Mən işdə olduğum üçün bir neçə dəfə Mikayıldan oğlumu hazırlığa aparmasını xahiş etmişəm. Sonuncu dəfə 2 sentyabr 2022-ci il tarixdə, saat təxminən 15 radələrində o, mənə səs göndərərək oğlum Fuadın (şərti adlı) halsız olduğunu, hərarətinin olduğunu bildirdi və termometrin yerini soruşdu. Həmin gün axşam evə gəldikdə oğlumun halsız olduğunu gördüm və onun hərarətini ölçdüm. Bundan sonra Fuad mənə Mikayılın həmin gün evə gəldiyini, ona qarşı əxlaqsız hərəkətlər etdiyini dedi. Hadisə vaxtı oğlumun hərarəti olduğundan Mikayılın hərəkətinə qarşı heç bir reaksiya verə bilməyib".
Mikayıl Abbasov isə ifadəsində hadisə baş verən gün sadəcə Fuadın temperaturunu ölçmək məqsədilə onu soyundurduğunu deyib. O, yeniyetmə ilə hər hansı seksual xarakterli hərəkət etmədiyini deyib.
İş üzrə Xəzər rayon Polis İdarəsində toplanan materiallar daha sonra Xəzər rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin 3 fevral tarixli hökmü ilə 56 yaşlı kişi 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun hadisədən dərhal sonra, yəni sentyabrın 5-dən həbs edilməsi nəzərə alınaraq cəzasının başlanğıcı olaraq həmin tarix qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 10 ilin cinayətinin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
63 yaşlı kişi qətlə yetirilib, şübhəli qardaşı oğludur
-
Türkiyədə ata ondan pul istəyən oğlunu güllələyib öldürdü - Anbaan VİDEO
-
18 il axtarışda olan azərbaycanlı qanuni oğru Rusiyada saxlanıldı
-
14 illik həbsdən sonra yenə adam öldürmüşdü - Ömürlük aldı
XƏBƏR LENTİ
-
Yalan məlumat verənlər 5 min manat cərimələnəcək - Qərar
-
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
-
Bakıda 22 yaşlı narkokuryer tutuldu
-
Türkiyədə 10 ilin cinayətinin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
Azərbaycanda şirkət rəhbərləri saxlanıldı - Təfərrüatlar
-
Dənizdə təhlükəsiz üzmə müddəti neçə dəqiqədir?
-
İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək
-
Türkan meydan oxudu: "Nəfəs, Kəmalə Günəşli mənim kimi oxuya bilər?" - VİDEO
-
Dursun Həsənov qəfildən vəfat etdi
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB
-
Tailandda 15 günlük matəm elan olundu
-
Argentina millisində gözlənilməz çağırış: Tətilini yarımçıq qoydu - VİDEO
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
Afrikalı hakimin DÇ-2026-ya buraxılmamasının səbəbi bilindi
-
Məşhur türkiyəli müğənni 72 kilo arıqlayıb tanınmaz hala düşdü - VİDEO
-
“Qalatasaray” Van Deykə təklif göndərəcək
-
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
-
Sürücülük hüququ ömürlük verilə bilərmi?
-
Tramp: ABŞ və İran arasında müharibənin dayandırılması barədə razılaşma var
-
Masallıda 69 yaşlı qadın baltalanaraq öldürüldü
-
Ayın 13-də 35 dərəcə isti olacaq
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO





