Kriminal

Sənədlərini oğurluğa getdiyi yerdə unutdu, tutuldu

21 Dekabr 2022 19:36
Baxış: 1 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Nottingem şəhərində tələbə yataqxanasını soymağa gedən oğru cinayət yerində qalan taxma diş və həbsxana sənədləri sayəsində yaxalanıb.

Milli.Az bildirir ki, bu barədə "Nottinghamshire Live" məlumat yayıb.

43 yaşlı Mudasser Ahmed şəhərin mərkəzində yerləşən tələbə yataqxanasını soymağa gedib. Oğurluq zamanı bir qrup tələbə onu qorxudub. Onlardan biri mətbəxdən çıxıb otağına gedib, lakin otaqdan kişi səsinin gəldiyini eşidib. Tələbə qapını açmağa çalışsa da, otaqdakı kişi buna imkan verməyib və özünü içəridən kilidləyib.

Bir dəqiqə sonra Ahmed əlində bel çantası ilə dəhlizə çıxıb. Bir neçə tələbə ona yaxınlaşaraq binada nə işlə məşğul olduğunu soruşmağa başlayıb. Oğru onları itələyərək yanlarından keçməyə çalışıb, daha sonra söyüş söyüb, bundan sonra dava düşüb. Nəticədə Ahmed süni dişlərindən birini itirib.

Tələbələrdən biri cinayətkarın bel çantasını qoparıb, bundan sonra Ahmed hadisə yerindən qaçıb. Çantasında axtarış aparan tələbələr orada quldurun adı, şəkli və şəxsi məlumatlarının qeyd olunduğu sənədlər tapıblar. Çantada tələbələrdən birinə məxsus iki noutbuk, şarj cihazı və təraşdan sonra losyon olub.

Ahmed saxlanılaraq məhkəməyə gətirilib. O, oğurluğa görə 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Nottingemşir polisinin sözçüsü Franko Quddemi deyib ki, çantada həbsxanadan buraxılış kağızları ilə oğurluğa cəhd polisin nə qədər perspektivli və peşəkar cinayətkarla qarşılaşdığı barədə çox şey deyir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.