Kriminal

Müdirini zəhərləyib 423 min dollarını talayan qadından xəbər var

14 Noyabr 2022 18:03
Baxış: 1 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nəsimi filialının əməkdaşı Arzu Bəşirova bildirib ki, təqsirləndirilən şəxs çalışdığı bankın daimi müştərisi olub.

O deyib ki, N.Fabriçnaya adına kart açılması üçün banka müraciət edib: "Biz də dedik ki, əlavə kart olaraq Əfqan Zeynalovun adına aça bilərik. Kart hesabını isə onun adına açmağı söylədik. Əlavə kart hazırlayan da Əfqan müəllimin özü iştirak edib. Bu kartı açmaqda əsas şəxsin özü iştirak edə də bilər, etməyə də. Kartın hesabına 30 min dollar köçürüləndə Nelli xanım banka Əfqan bəylə gəlmişdi".

Digər şahid Suğra Həsənova deyb ki, 2018-ci ildən zərərçəkmiş Əfqan Zeynalova məxsus şirkətdə mühasib işləyib.

O deyib ki, təqsirləndirilən şəxsin otağında müxtəlif dərman preparatları olub: "Mən görürdüm ki, bütün vəsaitlər Nellinin əlindədir. Bu da təbii ki, bizi narahat edirdi. Əfqan müəllim bütün səlahiyyətləri ona vermişdi. O, xadiməni işdən çıxardı. Onun yerinə isə Mehriban adlı xanımı işə götürdük. Sonradan çox yaxın rəfiqə oldular. Mehriban Əfqan müəllimi güdürdü. Sonradan gördük ki, Mehribanın sosial vəziyyəti yüksəldi və işə artıq taksi ilə gedib-gəlir. Mən Nelli ilə söhbət edəndə dedim ki, oğlum kredit götürmək istəyir. Nelli isə mənə kömək edəcəyini söylədi. Təəccübləndim. O, qardaşının imkanının yaxşı olduğunu söylədi".

"Əfqan müəllimin bütün dərmanlarını ancaq Nelli verirdi. Biz də təəccüblənirdik ki, bu qədər dərman nəyə lazımdı axı? Çox yalançı qadın idi və kollektiv arasında nifaq yaradan şəxs olub. Əfqan Zeynalov onun seyfində olan 300 min dolların oğurlandığını dedi. Bu əməlin Nellinin törətdiyini biləndə ona iltizam ərizəsi yazdırdı. Nelli iltizamda yazmışdı ki, məsuliyyəti öz üzərinə götürür və pulları qaytaracaq", - S.Həsənova vurğulayıb.

Prosesdə şahid qismində dindirilən zərərçəkmişin qardaşı Mamed Zeynalov isə bildirib ki, 2008-ci ildən qardaşı ilə birgə yol tikintisi işləri ilə məşğul olur: "Yol tikintisi işləri ilə bağlı Kəlbəcərdə idim. Bacım Əfqanın ağır vəziyyətdə olduğunu dedi və məni Bakıya çağırdı. Onlara gedəndə qardaşımın dərmanlarının dərhal atılmasını tələb etdim. Həkimə apardım və məlum oldu ki, Əfqan zəhərlənib. Əfqan texnikanın alınması üçün bizə pul göndərməli idi. Pul barədə soruşanda Nellinin oğurladığını söylədi".

Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib.

İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilələr bağlayıb. Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.

Zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Əfqan Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilələr bağlayıb. Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.

Zərərçəkmiş N.Fabriçnayaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

Məhkəmədə ifadə verən N.Fabriçnaya ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib.

Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlili olduğunu deyib. O bildirib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləmək istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.