Kriminal

Arvadının evini yandırıb, ögey qızını bıçaqlayan şəxs saxlanıldı - FOTO

24 İyul 2022 19:44
1 Şərh     Baxış: 3 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:44

Bərdədə həyat yoldaşının evini yandırıb, ögey qızına bıçaqla xəsarət yetirən Şikar Abdullayev saxlanılıb.

Milli.Az "report"a istinadən bildirir ki, o, hüquq mühafizə orqanlarından yayınmaq üçün, şadlıq saraylarında keçirilən toy mərasimlərinə gedirmiş.

Bu gün Bərdədə "Mətin" şadlıq sarayında keçirilən toy mərasiminə dəvət edilməyən qonaq, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

--------

12:30

Bərdədə kişi arvadının evini yandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Əliyanlı kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb.

Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşı olub. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verir. Bu səbəbdən Cəmilə Məmmədova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.

Ötən gecə saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti endirib.

Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.