Kriminal

Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün istintaqı başa çatıb

6 İyul 2022 20:22
0 Şərh     Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 5 nəfərin ölümünə səbəb olan yük maşınının sürücü, 19 yaşlı Mahmud Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Əkbərovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 13-də hava limanı istiqamətində qeyd alınıb.

19 yaşlı Mahmud Əzizov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə 171 nömrəli xətt avtobusuna çırpılıb. Avtobus zərbənin nəticəsində dayanacağa aşıb.
Nəticədə, yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.