Kriminal

Bakıda anasını öldürən şəxs ekspertizaya göndərildi

4 İyul 2022 13:34
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərovun işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O bildirib ki, təqsirləndirilən şəxs hadisə baş verən an S. Cəfərov anlaqsız vəziyyətdə olub və buna görə də o ekspertizaya göndərilməlidir.

Məhkəmə cəsarəti təmin edib və S. Cəfərov Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi rayonunda baş verib.

1989-cu il təvəllüdlü S.Cəfərov anası, 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanı kirayədə birgə yaşadığı evdə boğaz nahiyəsinə xəsarət yetirərək qətlə yetirib.

S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1.2-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.