Kriminal

Lahıcda XVII əsrə aid qədimi əşya oğurlanıb - FOTO

21 Aprel 2022 09:24
0 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən misgərlik mağazasından və evin həyətyanı sahəsindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, naməlum şəxslər ümumi dəyəri 10 000 manata yaxın olan - 400 illik tarixə malik məcmeyini, eləcə də ötən əsrin əvvəllərinə aid misdən hazırlanmış qədimi məişət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan qardaşlar - Murad və Timur Abdullayevlər saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar oğurluq məqsədilə paytaxtdan İsmayıllı rayonuna gəliblər və burada əməllərini həyata keçirdikdən sonra oğurladıqları mis qabları Bakı şəhərinə apararaq ayrı-ayrı metal qəbulu məntəqələrinə satıblar. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər və onların oğurladıqları qablar satdıqları yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, oğurluqda əli olan digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.