Kriminal

"07” ilə avtoxuliqanlıq edən sürücü saxlanıldı

14 Aprel 2022 17:18
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilir ki, rayon sakini Röyal Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozmaqla və avtoxuliqanlıq hərəkətləri törətməklə vətəndaşların haqlı narazılığına səbəb olub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Məmmədov 15 sutka inzibati həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.