Kriminal

Onlayn narkotik alan qohumlar tutuldu

16 Yanvar 2022 15:22
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan yaxın qohumlar saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan vverilən məlumata görə, keçirilən ilk əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Fərhad Adilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. F.Adilov ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkələrin birinin vətəndaşından 300 manata aldığını və bibisi oğlu Tərlan Həsənovla Bakı şəhərinə gedərək əvvəlcədən ona deyilən yerdən götürüb, Göyçaya qayıtdıqlarını bildirib.

Tədbirlərin davamı olaraq bir neçə gün əvvəl rayon ərazisindəki oğurluqlara görə saxlanılan T.Həsənovun da yaşadığı ünvana baxış keçirilib və oradan psixotrop maddə metamfetamin ("patı"), narkotik vasitə heroin və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.