Ölkə

Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib

29 Noyabr 2021 14:34
0 Şərh     Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam sənaye parkına ayrılmış 190 hektar ərazinin 74 hektarı minalardan təmizlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "twitter" hesabındakı paylaşımında bildirib.

"İşğaldan azad edilmiş ərazilərimizdə iqtisadi dirçəliş başlayıb. Hazırda Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyəti üçün işgüzar mühit yaradılır. Artıq parka ayrılmış 190 hektar ərazinin 74 hektarı minalardan təmizlənib, elektrik enerjisi və su təchizatı sistemi qurulub", - deyə paylaşımda qeyd olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.