Ölkə

Vətəndaşın əlillik statusu problemi - VİDEO

27 Noyabr 2021 16:36
0 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Problem"ə problemi ilə üz tutan Namik Zamanovun qəribə taleyi var. 1991-ci ildə Sovet ordusu sıralarına çağrılan Namik hərbi xidmətdə olarkən imperiya dağılır, respublikalar müstəqilliklərinə qovuşurlar.

Namikin olduğu hərbi hissə - Qəbələ Radiolakasiya Stansiyası isə Azərbaycan ərazisində yerləşsə də, Rusiya ordusu tərəfindən istifadə olunur. 1992-ci ildə həmin hərbi hissəyə edilən hücum nəticəsində Namik başından zərbə alır, hospitala düşür.

Namik 1993-cü ildə səhhəti ilə bağlı pensiya üçün müraciət edir və bir il ərzində əlillik pensiyası alır. Lakin növbəti yoxlanış zamanı məlum olur ki, onun sənədləri itib. Səhhəti ilə əlaqədar tez-tez Rusiyaya müalicələrə gedən Namik bu işlə ciddi məşğul olmur, yalnız illər sonra sənədlərinin axtarışına başlayır.

Hazırda heç bir yerdə işləməyən Namikin səhhəti ilə bağlı xeyli problemi var. Hər halda, o özü belə deyir. Şikayətçi inanır ki, onun əvvəlki iki göndərişinə imtina cavabı gəlsə də, sonuncu müsbət cavablanacaq.

Namik Zamanovun vəziyyətinə aydınlıq gətirmək üçün dövlət tibbi sosial ekspertiza və reabilitasiya Agentliyinə müraciət etdik. Orada bildirdilər ki, Zamanov Namik Zaman oğlunun əlilliyini qiymətləndirilməsi ilə bağlı Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən elektron sistemə 08.04.2021-ci il tarixində göndəriş daxil edilib. Xəstəxana tərəfindən tərtib edilən göndərişdə vətəndaşın əsas diaqnozu "ağır qapalı kəllə beyin travması, davamlı qalıq əlamətləri" göstərilsə də, həmin diaqnoz və ağırlaşmanı təsdiq edən heç bir müayinə, daha dəqiq desək, KT və ya MRT müayinəsi aparılmayıb. Məhz bu səbəbdən də Namik Zamanovun göndərişi TSEK tərəfindən səhiyyə müəssisəsinə geri göndərilib. Bundan sonra sistemə yeni bir göndəriş də daxil edilib. Həmin göndərişə TSEK tərəfindən baxılaraq müvafiq qərar veriləcək.

Biz də öz növbəmizdə ümid edirik ki, növbəti cavab Namik Zamanovun istəyinə uyğun olacaq.

Milli.Az Real TV-nin hazırladığı sujeti təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.