Ölkə

Bakıda kirayə mənzil bazarında QİYMƏTLƏR

21 Oktyabr 2021 09:17
0 Şərh     Baxış: 1 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabr ayında Bakıda ucuz kirayə mənzillərin orta qiyməti 413,6 manat, bahalı kirayə mənzllərin qiyməti isə 1722 manat təşkil edib.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, sentyabr ayında Bakıda mənzillərin kirayə qiyməti 13,16 faiz bahalaşıb.

Onun sözlərinə görə, ötən illə müqayisədə də kirayə qiymətləri 5,92 faiz bahalaşıb. Ay ərzində 1 otaqlı kirayə mənzilin orta qiyməti 416 manat, 2 otaqlı kirayə mənzilin orta qiyməti 460 manat, 3 otaqlı kirayə mənzilin orta qiyməti 582 manat, çoxotaqlı kirayə mənzilin orta qiyməti isə 769 manat təşkil edib.

Ekspert əlavə edib ki, kirayə mənzillərin qiymətinin artmasına əsas səbəblərdən biri ali təhsil müəssisələrində əyani tədrisin açılmasından sonra Bakıya tələbələrin gəlməsi ilə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.