Ölkə

Sığınacağa yerləşdirilən azyaşlının nənəsi Rusiyada tapıldı

20 Oktyabr 2021 19:36
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  tərəfindən sığınacağa yerləşdirilən azyaşlının nənəsi ilə əlaqə saxlanılıb. 

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a qurumun mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, Rusiya Federasiyasında yaşayan nənə qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bildirib:

"Nənə onu da əlavə edib ki, nəvəsinə baxmaq üçün azyaşlının 18 yaşı olanadək etibarnaməsi var.

Nənə nəvəsi üçün ən etibarlı yerin dövlətin himayəsi olduğunu bildirib. Hazırda Dövlət Komitəsi tərəfindən azyaşlının təhsilini davam etdirməsi üçün sənədlər hazırlanır. 

Bu gün azyaşlının nənəsi ilə telefon vasitəsilə əlaqə saxlaması üçün şərait yaradılacaq". 

Xatırladaq ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova dünən bu barədə məlumat yayaraq bildirmişdi ki, azyaşlının anası müvəqqəti baxılması üçün qızını dayəyə versə də, 8 gün ərzində ondan məlumat alına bilinməyib. Bu səbəbdən də dayə azyaşlını sığınacağa gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.