Ölkə

Şəhid S.Sərxoşovun ildönümüdür - VİDEO

20 Oktyabr 2021 16:24
0 Şərh     Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhidlər mənəviyyata açılan bir pəncərə, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşan bəxtiyar insanlar... Azadlığını canı ilə qazanıb qanı ilə yazan şəhid Seymur Sərxoşov haqqında danışacağıq.

Seymur Ramiz oğlu Sərxoşov 1987-ci ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində doğulub. Orta məktəbi elə doğulduğu qəsəbədə bitirib.

Uşaqlıqdan zəhmətkeş, ailəsinin yüklərini çiyinlərində daşıyan Seymurun həyat yolu bir ömrə sığmayacaq dastana çevrildi. İndi hamı onun qəhrəmanlığından danışır. O, hərbçi deyildi,lakin ruhu qanı ilə torpağına bağlı, zəhməti ilə qazanan bir sürücü idi. Evin böyük oğlu olan Seymur, ikinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanır.

O, Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edir..

Döyüşlərə qatıldığı gündən ön cəhbədə şücaətlə xidmət edən Seymur, Füzulidə könüllü hərbi batalyona qoşulur.

Oktyabrın 14 -ü Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin ağır artilleriyadan açdığı mərmi atəşi nəticəsində şəhadətə qovuşur.

Şəhidimizin nəşi oktyabrın 18-də valideynləri ilə birgə yaşadığı Qızıldaş qəsəbəsinə gətirilir..O, 19 oktyabrın 19-u yaşadığı Qızıldaş qəsəbə şəhidliyində dəfn olunur.

Elə məhz bu səbəbdən şəhid Seymur Sərxoşovun vəfatının ildönümü ilə bağlı qəsəbə sakinləri, millət vəkilləri, və döyüş yoldaşlarının iştirakı ilə, Şəhidlər xiyabanına yürüş təşkil edildi. Burda şəhidimizin məzarı ziyarət olundu, ruhuna dualar oxundu.

Qeyd edək ki, Şəhid Seymur Sərxoşov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.