Ölkə

Toya gedən koronavirus xəstəsi saxlanıldı - VİDEO - FOTO

18 Oktyabr 2021 21:00
1 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda toya gedən koronavirus xəstəsi aşkarlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhər ərazisində yerləşən restoranlardan birində keçirilən toy mərasimində iştirak etmək istəyən zaman onun qarşısı alınıb.

Toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Sumqayıt şəhər sakini N.Yarmətova COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

N.Yarmətova barəsində Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.