Ölkə

İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini

16 Oktyabr 2021 15:12
Baxış: 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ekologiya ilə bağlı 20-ə yaxın komissiyanın üzvüdür. Amma əfsuslar olsun ki, 30 il ərzində Qarabağdakı ekoloji vəziyyətlə bağlı etdiyimiz müraciətlərə cavab verilməyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, işğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb:

"Yanğınla orada olan bitki, fauna və flora tamamilə məhv olub. Qarabağda təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik".

F.Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub:

"Bununla bağlı cinayət işi açılacaq və beynəlxalq hüquqi müstəvidə onlar törətdikləri vəhşiliklər' görə cavab verməli olacaqlar. Biz orada bir çox işlər görmək istəsək də əfsuslar olsun ki bu, bizdən asılı olan məsələ deyil. Orada minalanmış ərazilər olduğu üçün çox təhlükəli ərazilərdir. Böyük qayıdışın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsi hədəflənib. Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər orada mərhələlərə bölünüb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.