Ölkə

Təhlükə ilə üz-üzə yaşayan ailə - VİDEO

16 Oktyabr 2021 15:24
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailənin qəzalı mənzil probleminə kənd icra nümayəndəsi aydınlıq gətirdi

Milli.Az Real TV-yə istinadən bildirir ki,Artıq 3 ildir Qubanın Xanəgah kəndində yaşayan İsmayılovlar ailəsi faciə ilə üz-üzə yaşayır. Buna səbəb qəzalı vəziyyətə düşən evlərinin hər an uçma təhlükəsinin olmasıdır. Ev sahibi Famil İsmayılov bildirir ki, mənzilləri yolçəkənlərin səhvi ucbatından qəzalı vəziyyətə düşüb. Belə ki, 2018-ci ildə ərazidə yol çəkilişi aparılıb və bu zaman evin qarşısından keçən Cağacıq çayının yatağı qazılıb. Bununla da ərazidə sürüşmə prosesi yaranıb.

Mənzilin qəzalı olması səbəbindən hər an faciənin baş verməsini nəzərə alan Famil İsmayılov oğlunun ailəsini məcbur qalaraq başqa evə köçürüb. Elə qəzalı mənzilə görə yaxınları belə onlara qonaq gəlməyə qorxurlar.

Onu da bildirək ki, ərazidə sürüşmə prosesi nəticəsində İsmayılovlar ailəsinin mənzili ilə yanaşı Quba-Xanəgah avtomobil yolunda da çatlar yaranıb. Hətda yolun bəzi hissələrində asfalt örtüyü belə sürüşməyə məruz qalıb.

Məsələyə aydınlıq gətirən kəndin icra nümayəndəsi Behbud Rəhimov bildirdi ki, qeyd olunan ərazi sürüşmə zonası hesab edilir. Bu səbəbdən yolun məzh həmin ərazidən keçən hissəsində çat və sürüşməyə rast gəlinir. O ki, qaldı İsmayılovlar ailəsinin mənzilinin qəzalı vəziyyətə düşməsinə icra nümayəndəsi qeyd etdi ki..

İcra nümayəndəsi Behbud Rəhimov onu da qeyd etdi ki, vətəndaş iddiasını sübüt etmək istəyirsə məhkəməyə müraciət etməlidir. Yalnız bu halda məsələyə düzgün hüquqi qiymət verilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.