Ölkə

“Yalnız bizdə yeni nazirlər köhnə kadrları çıxarır, öz adamlarını işə götürür”

15 Oktyabr 2021 11:48
1 Şərh     Baxış: 2 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizim bir öldürülən əsgərimizə qarşı 10-20 erməni əsgərinin öldürülməsi ilə cavab verməliyik".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib.

O qeyd edib ki, bu günlərdə Azərbaycanın Qarabağda müəyyən problemlə qarşılaşması gözlənilən məsələdir: "Bu prosesləri səbrlə irəli aparmalıyıq".  

Millət vəkili həmçinin çıxışında yeni təyin edilən məmurların fəaliyyətindən narazılıq edib. O qeyd edib ki, son vaxtlar yeni təyin olunan məmurlar haqda çoxsaylı şikayət alır: "Yenilər gələn kimi ərizələr yığmağa başlayır. Məmuru qorumağın mexanizmi tapılmalıdır. Təbii ki, kmsə qaranlıq yollarla işə düzəlibsə, onu aşkara çıxarmaq olar. Ancaq digər məmurlara qarşı bunu etmək olmaz. Bu proses yalnız Azərbaycandadır ki, yeni gələn nazirlər köhnə kadrları işdən çıxarır, əvəzində isə öz adamlarını işə götürür". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.