Ölkə

İntihar edən 16 yaşlı qız nişanlı imiş

15 Oktyabr 2021 11:30
2 Şərh     Baxış: 3 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam saatlarında Bakıda özünü binanın 9-cu mərtəbəsindən özünü atan qızın ilkin intihar səbəbi məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Aynur Eyvazovanın ailəsi əslən Yardımlı rayonunun Avaş kəndindəndir. Bir neçə il öncə Müşfiqabad qəsəbəsində həmin evdə kirayə yaşamağa başlayıblar.

Ailə Aynuru 9-cu sinifdə oxuyarkən məktəbdən çıxarıb və təhsildən yayındırıb. Bu yaxınlarda isə ailə üzvləri 16 yaşlı qızı evləndirmək barədə razılığa gəliblər. Nişanlanan Aynurun qarşıdakı günlərdə toyu olacaqmış. Lakin bəlli olmayan səbəblərdən toyun vaxtı dəyişdirilib. İlkin ehtimala görə, 16 yaşlı qız məhz bu səbəbdən başlanan mübahisə nəticəsində özünü ataraq intihar edib.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, yeniyetmə oktyabrın 14-ü saat 23 radələrində özünü yaşadıqları mənzilin eyvanından atıb. Xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.