Ölkə

Bakıda ilk dəfə turbo tipli dairəvi hərəkət tətbiq ediləcək - VİDEO

15 Oktyabr 2021 12:06
0 Şərh     Baxış: 5 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi tərəfindən "Ukrayna" dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə layihə hazırlanıb. İlk dəfə tətbiq ediləcək turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, zolaqlar üzrə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək.

Milli.Az xəbər verir ki, çoxsaylı vətəndaş müraciətləri və mövcud problemləri nəzərə alınaraq hazırlanan layihə çərçivəsində mövcud dairənin yerində yeni turbo tipli dairənin inşa edilməsi planlaşdırılır ki, bu nizamlanmayan mürəkkəb yol kəsişmələri üçün yeni bir yanaşma, eyni zamanda müasir həll yolu hesab edilir.

Layihənin icrasından sonra:

- Mübahisəli nöqtələr minimuma endiriləcəyindən təhlükəsizlik təmin olunacaq;

- Dairənin hərəkəti buraxma qabiliyyəti artırılacaq;

- Hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;

- Piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.