Ölkə

Qaxdakı bu məktəb hər an uça bilər - VİDEO

9 Oktyabr 2021 17:36
0 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax rayonu Qaratala kənd tam orta məktəbi bərbad vəziyyətdədir. Məktəb hər an uça bilər. Valideynlər övladlarına görə narahatdır. Qarşıdan yağışlı -qarlı qış gəlir məktəbin aqibəti necə olacaq? 

Tavan çökür, döşəmələr yararsız haldadır, siniflərə yağış suları damır. Pəncərələr sınıqdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bura Qax rayonu Qaratala kənd tam orta məktəbidir. 1973- cü ildə yaxınlıqdakı fermaya yardımçı bina kimi tikilən və sonradan məktəb üçün uyğunlaşdırılmış binadır. Müəllim və şagirdlər məktəbə daxil olarkən hər an tavanın uçmasından ehtiyat edillər. Yağış yağarkən nəktəbin bütün otaqlarına su damır. Vəziyyətdən narahat olan valideynlər bildirirlər ki, qarşıdan qış gəlir, məktəbdə hər an qəza baş verə bilər. 

Ümumilikdə 11 sinif otağından ibarət məktəbin yalnız 7 sinifində dərs demək mümkündür. 

Qax rayon Təhsil şöbəsinin müdiri Xəzər Xəbərə bildirdi ki, məsələdən xəbərdardır və yaxın zamanlarda dövlət proqramına əsasən yeni məktəb tikiləcək.

Məktəbdə hazırda təhsil alan 133 şagirdi 7 sinifə yerləşdirmək üçün dərslər iki növbəli keçirilir. Bütün bu çətinliklərə baxmayaraq 31 nəfərlik müəllim kollektivi işini davam etdirir, məktəbdən hər il ən azı 6-7 nəfər şagird ali məktəbə qəbul olur. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.