Ölkə

İlk dərs günü “Elmlər”də izdiham - VİDEO

29 Sentyabr 2021 17:06
0 Şərh     Baxış: 1 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə metronun Elmlər Akademiyası stansiyasının qarşısında izdihamla bağlı görüntü yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,video stansiyanın Bakı Dövlət Universitetinin qarşısında yerləşən çıxışında qeydə alınıb.

Görüntülərdə yüzlərlə insanın stansiyanın qarşısında toplaşdığı, sosial məsafənin gözlənilmədiyi, bununla da pandemiya qaydalarının pozulduğu aydın olur. 

Sıxlıq bu gündən ali məktəblərdə əyani tədris prosesi ilə bağlıdır.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən ali məktəblərin giriş qapısında tələbələrin COVID-19 pasportunun olub- olmaması yoxlanılır. Nəticədə, universitetlərin qarşısında kütləvi sıxlıq müşahidə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.