Ölkə

Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA

24 Sentyabr 2021 18:54
0 Şərh     Baxış: 1 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə polis əməkdaşının məhkəmə qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutması ilə bağlı ziddiyyətli fikirlər yayılıb. İddia olunur ki, hətta hüquq mühafizə orqanları əməkdaşları məhkəmə qərarı olmadan cinayət törətmiş şəxsi saxlaya bilməz. Əslində, bu proses necə həyata keçirilə bilər və polis hansı halda cinayət törətmiş şəxsi tuta bilər?

Milli.Az Trend-ə istinadən bildirir ki, Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, polis əməkdaşı məhkəmənin qərarı olmadan istisna hallarda hər hansı şəxsi təxirəsalınmadan tuta bilər: ""Polis haqqında" Qanuna görə, şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda, hadisəni bilavasitə görənlər, o cümlədən zərərçəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə, şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda təxirəsalınmadan polis onu tuta bilər".

E.Hacıyev əlavə edib ki, şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.