Ölkə

Vətən şəhidlərini unutmaz - VİDEO

21 Sentyabr 2021 13:54
0 Şərh     Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binə qəsəbəsində şəhid Azər Süleymanov və Cəmil Səlimovun xatirəsinə bulaq açıldı

Milli.Az Real TV-yə istinadən bildirir ki, Xəzər rayonunda 44 günlük Vətən müharibəsi şəhidləri kəşviyyat snayper bölümünün baş qrup komandiri şəhid Süleymanaov Azər və gizir Səlimov Cəmilin şəhadət bulağının açılışı oldu. bulağın açılışında rayon icra nümayəndəliyi, şəhid ailələri və rayon sakinləri iştirak etdilər. Şəhidlərin qəhramanlıqlarından bəhs edilib, ruhlarına dualar oxundu, şəhidlərə aid şeirlər dinlənildi.

Şəhid kəşviyyatın snayper bölüyünün baş qrup komandiri Azər Süleymanov 1982-ci il oktyabrın 26-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində doğulub. Azər Süleymanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı döyüşlərdə şücaət göstərərək, oktyabrın 12-sində elə Suqovuşan döyüşlərində də şəhid olub.

Azər Süleymanov Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdiyi qəhramanlığa görə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid gizir Cəmil Süleymanov 15 yanvar 1991-ci ildə Xəzər rayonuda doğulub. Hərbi tibbi qulluqçu olan Cəmil Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edib. Döyüşlərdə yaralılanan əskərlərə tibbi yardım edən Cəmil 29 sentyabrda Suqovuşanda şəhid olub.

Cəmil Süleymanov şəhadətindən sonra döyüşlərdə göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Əmin addımlarla vətən keşiyinə gedən hər 2 qəhramanımızın şəhadət bulağı daim axacaq və bu xalq var olduqca qəhraman şəhidlərini unutmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.