Ölkə

Əkiz yazılan tale - VİDEO

15 Sentyabr 2021 14:00
1 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəhram və İmanın şəhadət qardaşlığı

Bu beşikdə ayrı-ayrı vaxtlarda mayası 1, qayəsi bir bir ananın iki övladı, 2 qardaş böyüyüb. Hər kəsin əkiz deyə tanıdığı Bəhram və İman qardaşları. Talehləri də sanki əkiz yazılıb İmanla Bəhramın. Bir geyinib, bir gülən, bir anda da şəhadətə yüksələn ayrılmaz 2 qardaş elə birgə də tarix yazdılar

İman Məmmədzadə 14 sentyabr 1998- ci ildə. Bəhram isə 18 aprel 2000-ci ildə doğulub. Orta məktəbi bitirəndən sonra yad ölkədə ali təhsil almaq istəyən Mayası vətən sevgisindən tutulan cüt qardaşlar tarixən bizə cəllad kəsilən düşmən arasında qorxmadan vətəninin tarixini müdafiə edəcək qədər cəsarətli, gələcəyini bir kənara buraxıb torpaq keşiyində duracaq qədər vətənpərvər idilər.

Babək köklü, Cavanşir qeyrətli Azərbaycan oğlu, şəhid atası başı dik bu vətən üçün, bu torpaq üçün itirdiyim iki oğlumdan başqa canımı da fəda edərəm deyərək sanki gələcəyə qürurlu ata simvolu miras qoyur.

Döyüş yolu Füzuli, Cəbrayıl, Hadrutdan keçən qardaşlar Xocavənndə mühasirəyə düşürlər ilk yaralanan isə İman olur. İmanı xilas etmək niyyətinin mənasız olduğunu görən Bəhram qardaşını son məqamda qucaqlamaq istəsə də bu ona nəsib olmur. O da düşmən gülləsinə tuş gəlir. Hər iki qardaş eyni anda əbədiyyətə qovuşurlar.

Bu gün hər kəs bu ayrılmaz qardaşlardan birinin İmanın onsuz keçən doğum gününə yığılıb, xatirəsini yad edir , hər iki qardaşın və eləcə də bütün Azərbaycanın unudulmaz şəhidlərinin ruhuna dualar oxudular.

Milli.Az Real TV-yə istinadən bildirir ki, İman və Bahram Məmmədzadə qardaşları Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri şücaətə və vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.