Ölkə

MİQ üzrə 62 mindən çox namizəddən yalnız 3567-si uğur qazandı

3 Sentyabr 2021 17:58
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak etmək üçün 62 min 242 namizəd müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli məlumat verib.

Onun sözlərinə görə, onlardan 60 min 627 nəfəri elektron ərizəsini təsdiq edib: "59 min 153 namizədə test imtahanı mərhələsində iştirak imkanı yaradılıb. Onlardan 46 min 930 nəfəri test mərhələsində iştirak edib. 4793 namizəd elektron yerləşdirmə nəticəsində uğur qazanıb. Onlardan 4505-i müsahibə mərhələsində iştirak üçün müraciət edib, yalnız 4024 namizəd müsahibə mərhələsinə qatılıb. Müsahibədə uğur qazanan namizədlərin sayı isə 3567 nəfər olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.