Ölkə

Bu, mümkün deyil - Nazir

4 Avqust 2021 18:10
1 Şərh     Baxış: 1 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəllimliyə namizədlər əsasən öz evinə yaxın məktəbdə işləməyə çalışır, ancaq bu, mümkün deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev canlı yayımda deyib.

Onun sözlərinə görə, Azərbaycanda kənd məktəblərinin sayı kifayət qədərdir və həmin məktəblərə müəllimlər göndərmək lazımdır: "Başa düşürəm, istəyirsiniz ki, yaşadığınız yerə yaxın məktəblərdə işləyəsiniz, ancaq bizi də başa düşmək lazımdır ki, kənd məktəblərinin sayı kifayət qədərdir və həmin yerlərə də müəllim göndərmək lazımdır. Bəllidir ki, bəzi xanım müəllimlərin ailəvi məsələlərə görə ora getməsində müəyyən problemlər də yaranır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.