Ölkə

Qoşunlarda yay tədris dövrü başlayıb - FOTO

3 Avqust 2021 18:32
0 Şərh     Baxış: 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb. Tədris dövrü üçün əsas məqsəd və vəzifələr, eləcə də onların icra qaydaları hərbi hissələrdə keçirilən tədbirlərdə diqqətə çatdırılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklər, o cümlədən Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla keçiriləcəkdir.

Yay tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazasının vəziyyəti yoxlanılıb.

Tədris dövrünün ilk günlərində bütün hərbi hissələrdə döyüş hazırlığı məşğələləri başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.