Ölkə

99 nəfərlik restoranda 150 nəfərlik məclis keçirmək istədilər

2 Avqust 2021 16:38
0 Şərh     Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Əsədov Məmmədxan Əmiraslan oğluna məxsus "Samir" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Bu bardə Milli.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Məlumata görə, yoxlama zamanı toy mərasiminin keçirildiyi zalın sahəsi normativ tələblərə müvafiq olaraq 99 nəfərə xidmət etmək üçün uyğun olduğu halda, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinin nəzərdə tutulduğu müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.