Ölkə

"Delta" ştamına yoluxan bu şəxslərin ciddi müalicəyə ehtiyacı yoxdur

30 İyul 2021 13:56
0 Şərh     Baxış: 4 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koronavirusun yeni "Delta" ştamının yaratdığı xəstəlik əvvəlki ştamlardan daha tez sağalır. Əgər xəstənin oksigen saturasiyası 95-dən yuxarıdırsa, boğulma, təngənəfəslik, ciddi halsızlıq və yanaşı ağır xəstəliyi yoxdursa panikaya heç bir əsas yoxdur".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev deyib.

O bildirib ki, əgər xəstəliyi yüngül keçirirsizsə heç bir ciddi müalicəyə ehtiyac yoxdur:

"Cavan, yanaşı ağır xəstəliyi olmayan, saturasiyası 98-99, - hərarəti-38 olsa belə, - müvafiq qan analizlərində vitamin D çatışmazlığından başqa dəyişiklikləri demək olar ki, olmayan, iştahası normal olan, yəni xəstəliyi yüngül keçirən şəxsin narahat olmasına heç bir əsas yoxdur. Demək ki, xəstəliyi yüngül keçirir və parasetamol, vitamin D, C və s. bu kimi yüngül, köməkçi preparatlar təyin edib, bol maye qəbul etməyi tövsiyə edirik.

Əgər xəstəliyi yüngül keçirirsizsə heç bir ciddi müalicəyə ehtiyac yoxdur. Çünki "Delta" ştamı əvvəlkilərdən daha yüngül əlamətlərlə keçir. Qorxudan gedib lazım olmadığı halda KT və digər müayinələrdən, analizlərdən keçməyin.

Pandemiyanın bitəcəyi zamanı, yeni ştamların olub olmayacağı ilə bağlı proqnoz vermək mümkün deyil. Amma görünən odur ki, virus get-gedə zəifləyir. Yəni, "Delta" ştamının yaratdığı xəstəlik əvvəlki ştamlardan daha zəifdir. Hazırda bütün dünyada bu, müşahidə edilir. Yoluxma sayının qalxması təhlükəli deyil". 

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.